Aİ Azərbaycanda “Avropa Nağılları” layihəsini həyata keçirib
Avqust 30, 2021

Aİ Azərbaycanda “Avropa Nağılları” layihəsini həyata keçirib


Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi “Avropa Nağılları” layihəsini təqdim edib. Bu sosial layihə çərçivəsində Nümayəndəlik 27 Avropa İttifaqına üzv dövlətin nağıl və əfsanələrini Azərbaycan dilinə tərcümə etmişdir. 

Rəngarəng bir kitab formasında nəşr olunan nağıllar toplusu, ölkədə fəaliyyət göstərən müxtəlif uşaq evlərində, sığınacaqlarında, eləcə də uşaq kitabxanalarında olan uşaqlar arasında paylanacaq. Kitab Azərbaycandakı uşaqlara Avropanın müxtəlif xalqları, onların kökləri və ənənələri haqqında məlumat əldə etməyə və Avropa dəyərlərini kəşf etməyə kömək edəcək.

Daha geniş ictimaiyyəti Avropa nağıllarının sehrli dünyası ilə tanış etmək üçün, çap versiyası ilə yanaşı, Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Aİ-yə üzv dövlətlərin səfirlikləri ilə birlikdə, səfirlər və səfirliklərin digər əməkdaşları tərəfindən sözügedən nağılların video versiyalarını hazırlayıb və onlar peşəkar aktyorlar tərəfindən Azərbaycan dilində dublyaj edilib. 25 avqust tarixindən başlayaraq Nümayəndəliyin Facebook səhifəsində hər gün həmin nağılların video versiyaları paylaşılacaq.

Kitabın Azərbaycan dilində olan elektron versiyasına buradan baxa bilərsiniz.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,