Aİ Azərbaycandakı on erməni ölkəsinə qaytarılmasına kömək edib

Aİ Azərbaycandakı on erməni ölkəsinə qaytarılmasına kömək edib

Dekabr 21, 2021

Dekabrın 19-da Azərbaycanda saxlanılan on erməni hərbiçi Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın müşayiəti ilə Ermənistanın paytaxtı Yerevana təhvil verilib.

Avropa İttifaqının Ermənistandakı Nümayəndəliyinin Facebook səhifəsində verilən məlumata əsasən, bu humanitar fəaliyyət, dekabrın 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Aliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi Brüssel görüşü zamanı əldə olunan razılaşmaya əsaslanır.

“10 erməni hərbiçisini ölkələrinə qaytardığım üçün xoşbəxtəm. Bu, humanitar məsələlərin həlli prosesində Azərbaycanın mühüm jestidir,” Toivo Klaar bu sözləri öz Twitter səhifəsində yazıb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,