Aİ Azərbaycanda “Dənizi birgə qoruyaq” devizi altında tədbir keçirib

Aİ Azərbaycanda “Dənizi birgə qoruyaq” devizi altında tədbir keçirib

Oktyabr 1, 2021

Sentyabrın 25-də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Dənizi birgə qoruyaq” devizi altında (#EUBeachCleanup) tədbir keçirib.

Tədbirdə Bakı şəhərinin Dübəndi qəsəbəsinin dənizsahili ərazisində 6 ha ərazi plastik və digər tullantılardan təmizlənib. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə həmin ərazidə tullantıların çeşidlənməsi üçün xüsusi konteynerlər yerləşdirilib.

Tədbirdə Avropa İttifaqına Üzv Dövlətlərin Səfirlikləri, Gənc Avropa səfirləri, gənc könüllülər, məktəblilər, WWF-in Azərbaycan nümayəndəliyi və digərləri iştirak edib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,