Aİ 2022-ci ildə qlobal humanitar yardım üçün ümumilikdə 1,5 milyard avro ayıracaq

Aİ 2022-ci ildə qlobal humanitar yardım üçün ümumilikdə 1,5 milyard avro ayıracaq

Yanvar 20, 2022

Yanvarın 17-də Avropa Komissiyası 2022-ci il üçün ilkin 1,5 milyard avro həcmində humanitar yardım büdcəsini təsdiqləyib. Bu maliyyə vəsaiti bütün dünyada münaqişə, zorakılıq və təbii fəlakətlərdən ən çox zərər çəkənlərə kömək məqsədilə ayrılacaq.

“Humanitar ehtiyaclar hər zaman var və artmaqda davam edir. Bu, əsasən münaqişələrlə və getdikcə artmaqda olan iqlim dəyişikliyi və COVID-19 kimi qlobal problemlərlə bağlıdır”. Bunu Böhranların İdarə Edilməsi üzrə Komissar Janez Lenarçiç bildirib. “Humanitar yardım məqsədilə ayrılan maliyyə vəsaitlərimiz Aİ-yə öz üzərinə düşəni etməyə və insanların həyatını xilas etməyə və daha çox zərərçəkən əhalinin əsas ehtiyaclarını qarşılamağa davam etməyə imkan verəcək”. 

2022-ci ildə Aİ tərəfindən ayrılacaq 152 milyon avroluq humanitar yardım Cənub-Şərqi Avropa və Avropa Qonşuluğunda Ukrayna, Qərbi Balkanlar və Qafqazdakı böhranların aradan qaldırılmasına, eləcə də Türkiyədə Suriya böhranının nəticələrinə yönəlmiş layihələri maliyyələşdirəcək.

Uşaqların və gənclərin təhsillərini davam etdirmələri üçün bütün regionlarda maliyyə vəsaitlərinin 10%-i təhsil üzrə layihələrə sərf olunacaq.

Ümumilikdə 1,5 milyard avronun 370 milyon avro hissəsi gözlənilməz böhranlar və ya mövcud böhranlarda qəfil sıçrayışlar, eləcə də digər əməliyyatlar üçün istifadə olunacaq.

Aİ 1992-ci ildən etibarən 110-dan çox ölkəyə humanitar yardım göstərib və bu yardımlar hər il dünyada milyonlarla insanı əhatə edir. Aİ-nin yardımı yalnız humanitar tərəfdaş təşkilatlar, o cümlədən BMT agentlikləri, qeyri-hökumət təşkilatları və Qızıl Xaç təşkilatı vasitəsilə həyata keçirilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,