2022-ci ildə Erasmus+ proqramı üçün 3,9 milyard avroya yaxın pul ayrılıb
Noyabr 26, 2021

2022-ci ildə Erasmus+ proqramı üçün 3,9 milyard avroya yaxın pul ayrılıb


Noyabrın 24-də Avropa Komissiyası 2022-ci il üzrə illik iş proqramını qəbul etdikdən sonra 2022-ci il üzrə Erasmus+ proqramı çərçivəsində ərizə qəbuluna başlayıb. 

Gələn il büdcəsi 3,9 milyard avroya çatan Erasmus+ proqramı təhsilin müxtəlif sahələrində, o cümlədən təlim, gənclər və idman sahəsində xaricdə təhsil, təlim proqramları, ustad dərsləri, işçi qüvvəsi mübadiləsi və transsərhəd əməkdaşlıq layihələri üçün imkanlar yaratmağa davam edəcək. Ümumi ərizə qəbulu ilə yanaşı, illik iş proqramına Avropa Universitetləri təşəbbüsü kimi ayrıca həyata keçirilən layihələr də daxildir.

Aİ-nin xarici alətlərindən daxil olan maliyyə vəsaitləri sayəsində üçüncü ölkələr hədəf proqram və mübadilələrdə iştirak etmək imkanı qazanacaqlar. Buraya xüsusilə peşə təhsili və təlim və idman sahələri daxildir.

Təhsil, təlim, gənclər və idman sahəsində fəaliyyət göstərən hər hansı dövlət və ya özəl qurum, proqrama qoşulan ölkələrdə yerləşən Erasmus+ milli agentlikləri və Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentlik vasitəsilə maliyyə vəsaiti almaq üçün ərizə ilə müraciət edə bilər. Sözügedən ərizə qəbulu haqqında daha ətraflı məlumatı (prioritetlər daxil olmaqla) 2022-ci il üzrə Erasmus+ Proqramı Bələdçisində tapa bilərsiniz.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

2022-ci il üzrə Erasmus+ proqramı çərçivəsində ərizə qəbulu



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,