Siz də bacararsınız! Aİ-nin Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstəyi haqqında

Mart 5, 2024

  • Öz biznesimə başlamaq istəyirəm, amma ideyamın işə yarayacağına əmin deyiləm. Kimdən məsləhət ala bilərəm?
  • Mənim biznesim var, amma bir qadın sahibkar olaraq əsas çətinliyim onu inkişaf etdirməkdir: Aİ-nin hansı dəstəyindən yararlana bilərəm?
  • Orada mənim kimi Aİ-nin köməyi ilə öz biznesinə başlayan qadınlar var?
  • Əmin deyiləm. Doğrudur biznesə başlamaq istəyirəm, amma yeni bacarıqlara yiyələnməliyəm: Aİ mənə bu istiqamətdə hansı köməyi edə bilər?
  • Kimdən kömək istəyə bilərəm?
Kart %1/%2

Öz biznesimə başlamaq istəyirəm, amma ideyamın işə yarayacağına əmin deyiləm. Kimdən məsləhət ala bilərəm?

Avropa İttifaqı Azərbaycanın kənd yerlərində xüsusilə qadınların iştirakı ilə yeni sahibkarlıq müəssisələrin yaradılmasına fəal şəkildə dəstək verir. Aİ-dən maliyyə dəstəyi almaq üçün Bakıda olmaq, ali təhsilli olmaq və ya biznesə sahib olmaq tələb olunmur.

Aşağıda bəzi nümunələr verilmişdir:

Aİ-nin maliyyələşdirdiyi “Təsir üçün əməkdaşlıq” (Collaborate for Impact) layihəsi Şərq Tərəfdaşlığı ölkələrində sosial sahibkarlığı və sosial sərmayələri inkişaf etdirməyi nəzərdə tutur. Bu layihə Azərbaycanda yeni sosial biznes modellərini təşviq etmək üçün qeyri-maliyyə resurslarına, təhsil və mentorluq proqramlarına, o cümlədən sosial innovasiya yarışmalarına çıxışı təmin etmək üçün Education HUB ilə əməkdaşlıq edir. Xəbərləri və iştirak imkanlarını öyrənmək üçün “Education HUB”-ın internet səhifəsinəFacebook səhifəsinə baxa bilərsiniz. Azərbaycandakı uğur hekayələri ilə tanış olmaq və podkastlara qulaq asmaq üçün “Təsir üçün əməkdaşlıq” layihəsinin internet səhifəsinə baş çəkə bilərsiniz.

Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı layihəsi çərçivəsində Aİ BMTİP ilə birgə sosial sahibkarlıq üzrə biznes təlimləri təklif edir, sahibkarlara ideyaların yaradılması, biznesin təşkili və planlaşdırılması, satış və marketinq üzrə praktiki bacarıqları inkişaf etdirməyə, eləcə də bizneslərinin sosial təsirinin ölçülməsi və hesabatlaşdırılmasına kömək edir. Layihədə həmçinin Azərbaycanda Sosial Müəssisələr Platformasının yaradılması istiqamətində işlər həyata keçirilərək ideyaların yaradılması və sürətləndirici proqramların icrası həyata keçiriləcək. Ən son xəbərlər və iştirak imkanları üçün BMTİP-nin Azərbaycandakı ofisinin Facebook səhifəsini izləyin.

EU4Lankaran layihəsi ucqar rayonlarda xüsusilə qadınlar üçün yeni imkanlar və iş yerlərinin yaradılması, yeni texnologiyalar üzrə təlimlərin təşkili və təhlükəsiz, yüksək keyfiyyətli və bazara uyğun qida məhsullarının istehsalında fermerləri və kiçik və orta sahibkarları dəstəkləyir. Xəbərlər və iştirak imkanları haqqında öyrənmək üçün BMTİP-nin Azerbaycandakı ofisinin Facebook səhifəsini izləyin.

BRIDGE layihəsinin əsas məqsədlərindən biri vətəndaş cəmiyyəti təşkilatlarının gücləndirilməsi vasitəsilə onlara COVID-19 pandemiyası və Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş cəmiyyətin həssas qruplarının bərpası və dolanışıq ehtiyaclarını ödəməkdə kömək etmək, həssas qrupların bacarıqlarının inkişafı və onlara karyera ilə bağlı məsləhətlər vermək və yeni gəlir gətirən fəaliyyətlər və mikro biznes vasitəsilə gender əsaslı inkişafı stimullaşdırmaqdır.

Bundan əlavə, EU4Youth proqramı Şərq Tərəfdaşlığı ölkələrində, eləcə də Azərbaycanda gənclərin məşğulluq və sahibkarlıq imkanlarını artırmaq üçün bir sıra layihənin icrasına başlayıb. Layihələrə mentorluq, təlim proqramları və təcrübə proqramları daxildir. Gələcək iştirak imkanları ilə tanış olmaq üçün EU4Youth səhifəsini izləyin.

Mənim biznesim var, amma bir qadın sahibkar olaraq əsas çətinliyim onu inkişaf etdirməkdir: Aİ-nin hansı dəstəyindən yararlana bilərəm?

Biznesinizi inkişaf etdirmək niyyətindəsinizsə, Azərbaycanda özəl sektorun inkişafına dəstək verən EU4Business təşəbbüsü çərçivəsində maliyyə, məsləhət xidməti və təlimlərdən yararlana bilərsiniz.

Məsələn, Cənub Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) AccessBankBank Respublika kimi yerli tərəfdaşlarla çalışır və kənd təsərrüfatı, sənaye, ticarət və xidmət sahəsində çalışan ən kiçik müəssisələri maliyyə (kreditin ölçüsü orta hesabla 4 000 avro təşkil edir) ilə təmin edir.

Eyni zamanda, AYİB-in İş qadınları proqramı qadınlar tərəfindən idarə olunan müəssisələrə fərdiləşdirilmiş təlim və məsləhət xidməti təklif edir. Proqram həmçinin biznesi qiymətləndirmək və lazımi  dəstək haqqında məlumat almaq üçün Business Lens kimi fərdi onlayn alətlər təklif edir.

Subsidiya alan müəssisələr üçün məsləhət xidmətini həmçinin strategiya, marketinq, əməliyyatlar, keyfiyyətin idarə edilməsi, enerjinin səmərəliliyi, maliyyənin idarə edilməsi və digər sahələr üzrə Kiçik müəssisələr üçün məsləhət xidməti proqramı çərçivəsində əldə etmək mümkündür. Ərizə ilə müraciət haqqında öyrənmək üçün AYİB-in internet səhifəsinə daxil olun.

Startapınız varsa, AYİB-in Star Venture proqramı perspektivli startapları, sürətləndirici və konsaltinq şirkətlərini öz potensiallarını tam şəkildə üzə çıxarmağa, biznesin diaqnostikası üzrə seminarlar, fərdi məsləhət və mentorluq və maliyyəyə çıxış təklif edir.

AYİB-in iş qadınları üçün hazırkı təlim, məsləhət və maliyyə imkanları ilə ətraflı şəkildə tanış olmaq üçün AYİB-in Azərbaycanda Kiçik Müəssisələr üçün Məsləhət proqramının Facebook səhifəsini izləyin. Orada iş qadınları üçün xüsusi işlənib hazırlanmış onlayn kurslar, KOB-lar üçün seminarlar, məsləhət imkanları və startaplara dəstək haqqında məlumatlar tapa bilərsiniz.

Orada mənim kimi Aİ-nin köməyi ilə öz biznesinə başlayan qadınlar var?

Təsəvvür etdiyinizdən daha çoxdur!

2022-ci ildə EU4Business təşəbbüsü çərçivəsində Azərbaycanda 9 000-ə yaxın KOB-a dəstək verilib və onların 14%-i qadınlar tərəfindən idarə olunan KOB-lar olub. KOB-lara dəstək nəticəsində ümumilikdə 19 milyon avro əlavə qazanc əldə edilib, 3 639 yeni iş yeri yaradılıb, ticarət dövriyyəsində 12%, ixracın həcmində isə 10% artım qeydə alınıb.

Məsələn:

Qadın aksesuarları və evə qulluq vasitələrinin satışı ilə məşğul olan ESSE LLC şirkətinin rəhbəri Gülnarə Həsənova  Kiçik Müəssisələr üçün Məsləhət proqramı çərçivəsində Aİ tərəfindən maliyyələşən satış üzrə təlimdə iştirak edərək müştərilərin sayını 25%, dövriyyəni isə 18% artırmağı bacarmışdır.

Afət Əhmədova EU4Business layihəsinin dəstəyi ilə sıfırdan uğurlu qurme mətbəxi xidməti qurub. Layihə bu şirkətin xarici sərgilərdə iştirakını təşkil edib, yeni veb-saytın dizaynını işləmək üçün proqramçılar işə götürüb, biznes planlarının hazırlanmasına kömək məqsədilə marketinq mütəxəssisləri və maliyyə analitikləri təmin edib.

Vüsalə Əhmədova EU4Business layihəsinin ucqar rayonlardakı qadınların sahibkarlıq bacarıqlarının və inamının artırılmasına yönəlmiş təlimində iştirak etdikdən sonra Tovuz şəhərindəki təhsil akademiyasını inkişaf etdirib.

Aytəkin Sadıqova Sabirabad, Neftçala və Bilasuvar rayonlarıında qadın resurs mərkəzləri açan Aİ tərəfindən maliyyələşdirilən layihə çərçivəsində maliyyə və təlim xidmətindən yararlanıb. Hazırda onun 22 arı təknəsi var və onlardan 10 ədədini layihənin dəstəyi nəticəsində ala bilmişdir.

Əmin deyiləm. Doğrudur biznesə başlamaq istəyirəm, amma yeni bacarıqlara yiyələnməliyəm: Aİ mənə bu istiqamətdə hansı köməyi edə bilər?

Aİ əmək bazarının mövcud ehtiyaclarına uyğun tədrisin təşkili məqsədilə peşə təhsili müəssisələrinin müasirləşdirilməsi yolu ilə Peşə təhsili və təlimi (PTT) sisteminin keyfiyyətinin yaxşılaşdırılmasında Azərbaycana dəstək verir. Xüsusən də Aİ-nin maliyyələşdirdiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi BMTİP tərəfindən icra olunan təkcə məktəbi yenicə bitirmiş gənclər üçün deyil, həm də yeni ixtisaslara yiyələnmək və iş tapmaq istəyən yetkin vətəndaşlar, habelə əlilliyi olan insanlar üçün peşə hazırlığı təklif edir. Layihə çərçivəsində Bakı və Gəncədə dörd karyera mərkəzi yaradılıb və daha üç karyera mərkəzinin açılması planlaşdırılır. Eyni zamanda, aşpaz, şirniyyatçı, dərzi, çiçəkçi, vitraj süvenir istehsalı, bərbər və sosial media marketinqi və proqramlaşdırma peşələri üzrə qısamüddətli pulsuz inklüziv kurslar hazırlanıb.

2022-2023-cü illərdə Azərbaycanda 66 peşə məktəbində 127 ixtisas üzrə 23 340 yer olub. Daha ətraflı məlumat almaq və ərizə ilə müraciət etmək üçün dövlətin https://vet.edu.gov.az portalına daxil olun və sosial mediada Azərbaycanda peşə təhsili imkanları haqqında məlumat kampaniyasının #SənDəPeşəyəGəl (“VET-ə qoşulun”) həştəqi üzrə axtarış edin.

30 yaşından kiçik gənc qadınlara isə Aİ özünün Erasmus + gənclər üçün proqramları çərçivəsində olduqca maraqlı imkanlardan yararlanmağı təklif edir. Avropa Həmrəylik Korpusunun gənclər üçün layihələrində və ya xaricdə könüllülük fəaliyyətlərində iştirak etməklə siz yeni bacarıqlara yiyələnən və dəyərli təcrübəyə sahib olan 3 000 Azərbaycanlı gəncə qoşula bilərsiniz.

Erasmus + universitet tələbələri üçün Avropada tələbə mübadilə proqramları və doktorantura tələbələri üçün nəzərdə tutulmuş proqramlarda iştirak etməyi təklif edir. Bu proqramlar və müraciət qaydası haqqında daha ətraflı məlumatı buradan öyrənin.30 yaşından kiçik gənc qadınlara isə Aİ özünün Erasmus + gənclər üçün proqramları çərçivəsində olduqca maraqlı imkanlardan yararlanmağı təklif edir. Avropa Həmrəylik Korpusunun gənclər üçün layihələrində və ya xaricdə könüllülük fəaliyyətlərində iştirak etməklə siz yeni bacarıqlara yiyələnən və dəyərli təcrübəyə sahib olan 3 000 Azərbaycanlı gəncə qoşula bilərsiniz.

Erasmus + universitet tələbələri üçün Avropada tələbə mübadilə proqramları və doktorantura tələbələri üçün nəzərdə tutulmuş proqramlarda iştirak etməyi təklif edir. Bu proqramlar və müraciət qaydası haqqında daha ətraflı məlumatı buradan öyrənin.

Kimdən kömək istəyə bilərəm?

EU4Business təşəbbüsü çərçivəsində dəstəklənən layihələr və maliyyə dəstəyi haqqında daha ətraflı məlumat və əlaqə vasitələrini öyrənmək üçün EU4Business təşəbbüsünün Azərbaycan üzrə portalına baş çəkin. Portalda kredit və qrant imkanlarıbiznesin inkişafı xidmətləri haqqında hərtərəfli məlumatlar var.

Aİ tərəfindən maliyyələşdirilən bütün layihələr üzrə fəaliyyətlər və iştirak imkanlarına dair təfərrüatlar və keçidlər üçün Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Facebook səhifəsini, eləcə də iştirak imkanları bölməsinin olduğu eu4azerbaijan.eu internet səhifəsini izləyin. AYİB-in Azərbaycanda Kiçik Müəssisələr üçün Məsləhət proqramının Facebook səhifəsində olduğu kimi BMTİP-in Azərbaycan nümayəndəliyinin Facebook səhifəsində də müntəzəm olaraq Aİ tərəfindən maliyyələşdirilən layihələr çərçivəsində qadınlar üçün iştirak imkanları və uğur hekayələri işıqlandırılır.

Yerləşdir
The recommended iFrame size is 100% width and 750px height

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,