Gürcüstandakı Şərq Tərəfdaşlığı Avropa Məktəbi

Dekabr 15, 2022

  • Oxuduğum məktəblə Şərq Tərəfdaşlığı Avropa Məktəbi arasında hansı fərqlər var?
  • Mən Gürcüstanda yerləşən Şərq Tərəfdaşlığı Avropa Məktəbində təhsil ala bilərəm?
  • Ərizə forması ilə necə müraciət edə bilərəm?
  • Məktəbdə təhsil pulludur?
  • "Beynəlxalq bakalavr" (İB) diplomunun üstünlükləri nədir?
  • "Beynəlxalq bakalavr" diplomu ölkəmdəki universitetlər tərəfindən tanınacaq?
  • Məktəb haqqında daha ətraflı məlumatı haradan ala bilərəm?
Kart %1/%2

Oxuduğum məktəblə Şərq Tərəfdaşlığı Avropa Məktəbi arasında hansı fərqlər var?

İki əsas fərq mövcuddur. Tədris proqramı Avropaşünaslıq və ŞT Avropa Məktəbinin tətkrarolunmaz çoxmillətli tədris mühiti üzərində qurulub.

İkillik “Beynəlxalq bakalavr” (IB) proqramına Avropa və Avropa ilə bağlı məsələlər, humanitar elmlər, dillər və ədəbiyyat, incəsənət və tarixi əhatə edən tədris kursları daxildir.

“Beynəlxalq bakalavr” proqramı etik qaydalar, məntiq, kritik və müstəqil düşüncənin inkişafına yönəlmiş xüsusi tədris metodudur. ŞT Avropa Məktəbi müxtəlif mədəniyyətlərə mənsub tələbələr üçün çoxmillətli mühitdə təkrarolunmaz təhsil təcrübəsi verir. Dərslərdən başqa, şagirdlər Aİ ilə əlaqədar müxtəlif konfrans və tədbirlərə qatılacaqlar.

Ümumilikdə, Şərq Tərəfdaşlığı Avropa Məktəbi şagirdləri müasir və qlobal dünyanın çətinliklərinə hazırlayan təhsil almaq, eləcə də beynəlxalq miqyasda tanınan diplom əldə etmək üçün mükəmməl imkandır.

Mən Gürcüstanda yerləşən Şərq Tərəfdaşlığı Avropa Məktəbində təhsil ala bilərəm?

Bəli, əgər 16-17 yaşlarındasansa və Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ölkələrindən birinin vətəndaşı və bu ölkələrdən birində daimi yaşayırsansa.

Lakin, məktəbdə yerlər məhduddur. Hər il maksimum 20 şagird təhsil ala bilər. Bu səbəbdən də məktəbə qəbul müsabiqə yolu ilə keçirilir.

Məktəbə qəbul olmaq üçün iştirakçılar altı ölkədən birində orta məktəbdə (Belarusda və Gürcüstanda 10-cu sinifdə, digər ölkələrdə isə 9-10-cu siniflərdə) yaxşı qiymətlərlə oxumalıdırlar. Eyni zamanda, onlar B2 və daha yüksək səviyyədə İngilis dili biliyinə malik olmalıdırlar.

Ərizə forması ilə necə müraciət edə bilərəm?

2023-2024-cü tədris illəri üzrə ərizə forması ilə müraciət prosesi 3 mərhələdən ibarətdir:

  1. Ərizələrin qəbulu 16 dekabr 2022 – 16 mart 2023 tarixləri arasında məktəbin internet səhifəsində həyata keçirilir (www.eapeuropeanschool.eu)
  2. Seçilmiş namizədlər Riyaziyyat və İngilis dili üzrə iki yazılı imtahana dəvət olunacaqlar. Namizədlər bu imtahanları onlayn platforma vasitəsilə İngilis dilində verəcəklər.
  3. Yazılı imtahanların nəticəsinə əsasən seçilmiş namizədlər Zoom vasitəsilə müsahibədən keçməlidirlər.

Namizədlər, obyektiv və şəffaf qiymətləndirmə üsullarından istifadə edən ixtisaslaşmış komissiya tərəfindən seçilir. Müsahibə əsnasında qəbul komissiyası iştirakçıların motivasiya səviyyəsinə, digər mədəniyyətlərə açıq olmalarına və Avropaşünaslıq mövzusuna maraq göstərmələrinə diqqət yetirəcək. Ərizə ilə müraciət pulsuzdur.

Məktəbdə təhsil pulludur?

Xeyr. Seçildiyin təqdirdə, ikillik təhsilin üçün Avropa İttifaqı tərəfindən ödənilən tam təqaüdlə təmin olunacaqsan. Həmin təqaüd təhsil haqqını, yaşayış, məktəbdə qidalanma, ildə iki dəfə tətil vaxtı Tbilisidən evə və geri bilet pulunu, təhsil üçün zəruri olan bütün tədris materiallarını və resurslarını (təhsil müddətində kitablar, kompüter və smartfon daxil olmaqla), o cümlədən tibbi sığortanı əhatə edir. Beləcə, Şərq Tərəfdaşlığı məktəbinə seçilsən, tam iki ili pulsuz təhsil ala biləcəksən və ikinci il təqaüdün avtomatik qaydada uzadılacaq.

"Beynəlxalq bakalavr" (İB) diplomunun üstünlükləri nədir?

Xaricdə oxumaq istəyirsənsə, “Beynəlxalq bakalavr” proqramının bir çox üstünlükləri var. Bu diplom 75 ölkədə iki mindən artıq universitet tərəfindən tanınır. Hər bir universitetdə diplomların tanınması qaydaları müxtəlifdir.

Bəzi universitetlər bu diploma sahib tələbələri qəbul etməkdə olduca maraqlıdırlar. Onlardan bəziləri qəbul zamanı İB diplomunun ballarını nəzərə alır, bəziləri isə “Beynəlxalq bakalavr” tələbələrinə xüsusi təqaüdlər verirlər.

"Beynəlxalq bakalavr" diplomu ölkəmdəki universitetlər tərəfindən tanınacaq?

Bu diplomlar Gürcüstanın bütün universitetləri tərəfindən tanınır və qəbul edilir. “Beynəlxalq bakalavr” proqramı üzrə təhsil verən məktəblər Azərbaycanda və Ukraynada da akkreditasiyadan keçmişdir. Şərq Tərəfdaşlığı ölkələrində bir sıra universitetlər “Beynəlxalq bakalavr” diplomuna sahib olan tələbələri qəbul edir.

İstənilən halda təqaüd proqramı üzrə təhsilini sona çatdıran bütün tələbələr orta təhsil haqqında ölkə attestatını almaq üçün müvafiq dövlət qurumlarına müraciət edə bilərlər.

Məktəb haqqında daha ətraflı məlumatı haradan ala bilərəm?

Bunun üçün internet səhifəsinə daxil ola bilərsən. Orada təhsil proqramı haqqında daha ətraflı məlumat və məktəbə qəbul qaydalarını tapa biləcəksən. Təqaüd proqramı, “Beynəlxalq bakalavr” proqramı və məktəbdə gündəlik həyat tərzi haqqında suallara cavabları görmək üçün təqaüd proqramına dair tez-tez soruşulan sualların siyahısına baxın. http://www.ibo.org/ internet səhifəsində İB diplomlu abituryentləri qəbul edən universitetlər haqqında məlumat tapa bilərsiniz.

Ancaq ilham mənbəyi istəyirsənsə, bütün altı ölkədən olan tələbələrin məktəbdəki təcrübə və nailiyyətlərinə nəzər sal, onların əldə etdikləri imkanları kəşf et.

Yerləşdir
The recommended iFrame size is 100% width and 750px height

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,