Gənc Avropa Səfiri Azərbaycanda

Avqust 30, 2023

  • Mən Gənc Avropa Səfirləri haqqında eşitmişəm, amma onların kim olduğunu və nə etdiklərini bilmirəm
  • Gənc Avropa Səfiri olsam nə əldə edirəm?
  • Gənc Avropa Səfiri kimi çalışsam məvacib ala biləcəyəm?
  • Mən Gənc Avropa Səfiri olmaq istəyirəm. Necə müraciət etməliyəm?
  • Gənc Avropa səfirləri necə seçilir?
  • Azərbaycanda neçə Gənc Avropa Səfiri var? Bu vaxta qədər onlar hansı işləri görüblər?
  • Mən Gənc Avropa Səfiri ola bilmərəm, amma onların fəaliyyətlərində iştirak etmək istəyirəm. Bu mümkündür?
Kart %1/%2

Mən Gənc Avropa Səfirləri haqqında eşitmişəm, amma onların kim olduğunu və nə etdiklərini bilmirəm

“Gənc Avropa səfirləri” (YEAs) təşəbbüsü, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə Üzv Ölkələrdən və Birləşmiş Krallıqdan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək, müxtəlif mövzularda siyasi dialoqa töhfə vermək, vətəndaş fəallığını artırmaq və daha yaxşı gələcək üçün birlikdə çalışmaqdır.

YEAs təşəbbüsü 2016-cı ilin iyun ayında  “EU NEIGHBOURS east” layihəsi çərçvəsində təsis edilib və bu günə qədər 30 -dan artıq müxtəlif ölkədən olan 1 700 -dən çox gənc bu şəbəkəyə qoşulub.

2023-cü ildə altı Şərq Tərəfdaşlığı ölkəsində, 27 Aİ-yə üzv ölkəsində və Böyük Britaniyada 30-dan artıq müxtəlif milliyəti təmsil edən 500-dən artıq Gənc Avropa səfiri (YEAs) fəaliyyət göstərib.

Gənc Avropa səfirləri arasında tələbələr, gənc mütəxəssislər və ictimaiyyətdə tanınan fəallar var. Onlar ölkə daxilində və onlayn olaraq yüzlərlə tədbirdə iştirak etmək üçün vaxtlarını sərf edirlər. Buraya toxunaraq onların PROFİLLƏRİNƏ baxın.

YEAs təşəbbüsü üzvlərinə könüllülük proqramlarında iştirak, karyeranın qurulması və gənc liderlik mövzularında proqramlarda iştirak təklif edir. Onlar aşağıdakı fəaliyyətlərdə iştirak edir və töhfə verirlər:

  • EuroClubs – Azərbaycandakı Gənc Avropa səfirləri tərəfindən Bakıda və Sumqayıtda iki Avropa klubu (EuroClubs) fəaliyyət göstərir. Avropa klublarında benefisiarlara bacarıqların inkişafı üçün kurslar, məlumatlandırma tədbirləri və iştirakçılığın artırılmasına yönəlmiş müxtəlif növ tədbirlər keçirilir.
  • Geniş miqyaslı ictimai tədbirlər – gəncləri Aİ və Azərbaycan arasındakı əməkdaşlıq və bu əməkdaşlıqdan irəli gələn imkanlar haqqında məlumatlandırmaq məqsədi daşıyır. 
  • Gənclər təşkilatları ilə əməkdaşlıq – Azərbaycandakı Gənc Avropa səfirləri gənclər təşkilatları ilə birgə tədbirlər təşkil edirlər və ya gənclərlə bağlı daha böyük tədbirlərə qatılırlar. Belə tədbirlərə təqdimatlar, seminarlar, təlim kursları, ictimai sərgilərdə iştirak və s. daxildir.
  • İcma üzvlərinin cəlb olunmasına yönəlmiş müxtəlif fəaliyyətlər – Azərbaycanlı gənclər üçün filmlərin izlənilməsi, masaüstü oyunlar, xeyriyyə tədbirləri, panel müzakirələr, viktorinalar və s. fəaliyyətlər təşkil olunur.
  • Beynəlxalq tədbirlər – Avropa gənclər təşkilatlarının tədbirləri, Şərq Tərəfdaşlığı konfransları, Aİ-yə tanışlıq xarakteri daşıyan səfərlər və region boyunca və Aİ-yə üzv ölkələrdə seminarlar da bura daxildir.

Gənc Avropa Səfiri olsam nə əldə edirəm?

“Gənc Avropa səfiri” olaraq yeni, sizinlə həmfikir, parlaq zəkalı gənclərlə görüşmək və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı əldə edəcəksiniz. Ölkənizdən və digər ölkələrdən olan və sizinlə eyni fikir və maraqları bölüşən gənclərlə tanış olacaqsınız. Bütün ölkə boyunca səyahət edərək başqa insanlarla Avropa İttifaqı, onun ölkənizlə tərəfdaşlığı və təklif etdiyi imkanlar haqqında söhbətlər aparacaqsınız. Bütün bunlar komanda işi, layihələrin planlaşdırılması və həyata keçirilməsi, tədbirlərin təşkili, təqdimatlar və ictimai nitq, dillər və ünsiyyət, məzmunun yaradılması və s. sahələrdə bacarıqlarınızı təkmilləşdirməyə kömək edəcək. Bunlar sizin gələcək karyeranızda mühüm əhəmiyyət kəsb edən bacarıqlardır!

Siz həmçinin dinamik və inklüziv dəstək sistemindən yararlana biləcəksiniz:

  •         İdeayaları bölüşmək, yadda qalan günlər yaşamaq və dostlar qazanmaq üçün gənc və yaradıcı könüllülərdən ibarət inklüziv və pozitiv komanda.
  •         YEA mentorları – fərdi bələdçilik üçün.
  •         YEA koordinatorları tərəfindən fərdi təşəbbüsləri reallaşdırmağa kömək etmək üçün inzibati və logistik dəstək.
  •         YEA Akademiyasında iştirak – kommunikasiyalar, strategiya, məzmunun yaradılması, mediada işıqlandırılma ilə bağlı təcrübəli mütəxəssislər tərəfindən məlumat və koaçinq.
  •         Veb-sayt və sosial media platformaları – auditoriyalarla paylaşılacaq mövzuların seçilməsi, əlaqələndirmə və qarşılıqlı əlaqələrin qurulması.

Öz icmanızda fəal olmaqla dostlarınız, ailəniz və ətrafınıza hansı cəmiyyətdə yaşamaq istədiyinizi göstərmək şansı əldə edəcəksiniz. Ətrafınızdakı insanların hüquq və imkanlarını artıra və onların həyatına təsir göstərə biləcəksiniz!

Nəhayət və ən əsası, Gənc Avropa Səfiri olmaqla özünüzə yeni dostlar tapacaq, bilik və təcrübələrinizi bölüşəcək və ya sadəcə özünüzü və sizi əhatə edən dünyanı kəşf edəcəksiniz!

Gənc Avropa Səfiri kimi çalışsam məvacib ala biləcəyəm?

“Gənc Avropa Səfirləri” təşəbbüsü könüllü fəaliyyətdir və buna görə məvacib ödənilmir.

Gənc Avropa Səfirlərinin təşkil etdiyi tədbirlər “EU NEIGHBOURS east” layihəsi tərəfindən maliyyələşdirilir. Buraya interaktiv seminarlar keçmək üçün məktəb və universitetlərə səfərlərin təşkili, ətraf mühit ilə bağlı fəaliyyətlər (ağac əkmək, müəyyən bir sahəni təmizləmək və s.), xaricdə keçirilən beynəlxalq tədbirlərdə iştirak və digər fəaliyyətlər daxildir.

 

Mən Gənc Avropa Səfiri olmaq istəyirəm. Necə müraciət etməliyəm?

Aşağıdakı tələblərə uyğun şəxslər müraciət edə bilərlər:

  • Hər hansı Aİ üzv dövlətinin, Birləşmiş Krallıq və ya altı Şərq Tərəfdaşlığı ölkəsindən birinin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) vətəndaşı olmaq.
  • 16-26 yaş arasında olmaq.
  • İngilis dili biliyi yaxşı səviyyədə olmalı.
  • Aİ-nin fəaliyyəti və yaşadığı ölkənin Aİ ilə tərəfdaşlığı və əməkdaşlığında maraqlı olmaq
  • İctimai diplomatiya və ideyaların təbliği istiqamətində fəaliyyətlərdə maraqlı olmaq, bilik, bacarıq və məlumatları bölüşməyə hazır olmaq.
  • Öz ölkəsinin və cəmiyyətinin inkişafına töhfə verməkdə həvəsli olmaq.
  • Könüllülük fəaliyyətlərində maraqlı olmaq və vətəndaş cəmiyyətinin cəlb olunduğu fəaliyyətlərə kifayət qədər vaxt ayırmağa hazır olmaq.

Seçim meyarları və tez-tez verilən suallar barədə buradan oxuya bilərsiniz. Hər il keçirilən ərizə qəbuluna buradan qoşula bilərsiniz.

Gənc Avropa səfirləri necə seçilir?

Gənc Avropa Səfiri olmaq üçün müəyyən prosedurdan keçmək tələb olunur. İlk növbədə hər il keçirilən ərizə qəbulu vasitəsilə Gənc Avropa səfiri olmaq üçün marağınızı bildirməlisiniz. Ərizə qəbulu dayandırıldıqdan sonra namizədlərin iştirakının tələb olunduğu daha bir neçə mərhələ var. Seçilmiş namizədlər müsahibəyə dəvət olunacaq, daha sonra müsahibədən uğurla keçən namizədlər əlavə məlumat (məsələn, profil şəkli, razılıq forması imzalamaq, veb-sayt profili üçün təsvir hazırlamaq və s.) verməyə dəvət olunacaqlar və son addım kimi, profilləri əlavə təsdiq üçün rəsmi maraqlı tərəflərə göndəriləcək. Ərizə qəbulunun dayandırıldığı gündən sonra yekun nəticələrin elan edilməsi üçün təxminən səkkiz həftə tələb oluna bilər. Proses müəyyən qədər vaxt tələb edə bilər, amma səsləndiyindən daha asandır!

Azərbaycanda neçə Gənc Avropa Səfiri var? Bu vaxta qədər onlar hansı işləri görüblər?

Azərbaycanda 197 “Gənc Avropa Səfiri” var. Onlarla tanış olmaq üçün buraya klikləyin!

Bu günə qədər Azərbaycanlı YEAs-lar 70-ə yaxın icma üzvlərinin cəlb olunması üzrə fəaliyyətləri təşkil ediblər və ya həmin fəaliyyətlərdə iştirak ediblər. Məsələn, Azərbaycanlı YEAs-lar Aİ-nin bu ölkədəki Nümayəndəliyinə Lənkəran şəhərində “Avropa şəhərciyinin” təşkil olunmasına dəstək veriblər və müxtəlif fəaliyyətlərin təşkilində Aİ Nümayəndəliyinə və Aİ-yə üzv ölkələrin səfirliklərini fəal şəkildə dəstəkləyiblər. Onlar həmçinin “Avropa şəhərciyində” YEAs şəbəkəsi və Aİ ilə Azərbaycan arasındkıa tərəfdaşlıq haqqında məlumat vermək üçün stend hazırlyıblar. Onlar həm stenddə, həm də əsas səhnədə viktorinalar keçirib, yerli sakinləri interaktiv şəkildə öz biliklərini sınamaq və Avropa İttifaqı haqqında öyrənməyə həvəsləndiriblər.

Digər fəaliyyətlərə aşağıdakılar daxildir:

  • Aİ və onun gənclərə yaratdığı imkanlar haqqında məktəblərə və universitetlərə səfərlər.
  • Ətraf mühit ilə bağlı fəaliyyətlər.
  • Beynəlxalq və ictimai diplomatiya ilə bağlı tədbirlər.
  • Sosial məsələlər.

Onların FƏALİYYƏTİNƏ buradan nəzər sala bilərsiniz.

Mən Gənc Avropa Səfiri ola bilmərəm, amma onların fəaliyyətlərində iştirak etmək istəyirəm. Bu mümkündür?

BƏLİ! Gənc Avropa Səfiri olmasanız belə, YEAs tərəfindən təşkil olunan tədbirlərdə iştirak edə bilərsiniz. Belə tədbirlərə marağınız var? Cavabınız müsbətdirsə, aşağıdakı vasitələr ilə yenilikləri qaçırmayın:

  • EU NEIGHBOURS east rəsmi Facebookİnstagram səhifələrini bəyənin və izləyin – biz ölkənizdəki Gənc Avropa Səfirləri ilə əlaqə yaratmaq üçün yeni yollar haqqında mütəmadi olaraq məlumat paylaşırıq!
Yerləşdir
The recommended iFrame size is 100% width and 750px height

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,