Gənc Avropa Səfiri Azərbaycanda

Oktyabr 15, 2021

  • Mən Gənc Avropa Səfirləri haqqında eşitmişəm, amma onların kim olduğunu və nə etdiklərini bilmirəm
  • Gənc Avropa Səfiri olsam nə əldə edirəm?
  • Gənc Avropa Səfiri kimi çalışsam məvacib ala biləcəyəm?
  • Mən Gənc Avropa Səfiri olmaq istəyirəm. Necə müraciət etməliyəm?
  • Gənc Avropa səfirləri necə seçilir?
  • Azərbaycanda neçə Gənc Avropa Səfiri var? Bu vaxta qədər onlar hansı işləri görüblər?
  • Mən Gənc Avropa Səfiri ola bilmərəm, amma onların fəaliyyətlərində iştirak etmək istəyirəm. Bu mümkündür?
Kart %1/%2

Mən Gənc Avropa Səfirləri haqqında eşitmişəm, amma onların kim olduğunu və nə etdiklərini bilmirəm

“Gənc Avropa səfirləri” (YEAs) təşəbbüsü, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə Üzv Ölkələrdən və Birləşmiş Krallıqdan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək, müxtəlif mövzularda siyasi dialoqa töhfə vermək, vətəndaş fəallığını artırmaq və daha yaxşı gələcək üçün birlikdə çalışmaqdır.

mg 2949 1

YEAs təşəbbüsü 2016-cı ildə “Aİ-nin Şərq Qonşuları” (EU NEIGHBOURS east) layihəsinin bir hissəsi olaraq icra olunmağa başlayıb.

2021-ci ildə altı Şərq Tərəfdaşlığı ölkəsində, 27 Aİ-yə üzv ölkəsində və Birləşmiş Krallıqda 20-dan artıq müxtəlif milliyyətdən olan 500-dən çox Gənc Avropa səfiri fəaliyyət göstərir.

Tələbələr, gənc mütəxəssislər və ictimai fəallarından ibarət olan Gənc Avropa Səfirləri müxtəlif ölkələrdə və onlayn qaydada yüzlərlə fəaliyyətə cəlb olunaraq könüllü fəaliyyət göstərirlər. Onlarla tanış olmaq üçün buraya klikləyin.

YEAs təşəbbüsü şəbəkə üzvlərinə könüllülük, karyerada irəliləyiş və gənclər üçün liderlik imkanları təklif edir. Onlar aşağıdakı fəaliyyətlərə cəlb olunur və öz töhfələrini verirlər:

  • Avropa gənclər forumları, Şərq Tərəfdaşlığı konfransları, Aİ-də təhsil səfərləri və regionda və Aİ üzv ölkələrində seminarlar kimi Aİ tərəfindən təşkil olunan beynəlxalq tədbirlər.
  • Aİ rəsmiləri, diplomatlar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri və şirkətlər daxil olmaqla, müntəzəm şəkildə Aİ-nin əsas mövzuları ilə məşğul olan mütəxəssislərdən həmin mövzular haqqında öyrənmək üçün YEAs Akademiyası.
  • Gənc Avropa səfirlərinin bilik və təcrübələrini həmyaşıdları ilə bölüşmələri üçün onların təşəbbüs çərçivəsində təlimçi, mentor və ya məsləhətçi olmağına imkan verən mentorluq proqramları.
  • Söhbətlər, seminarlar, ideyatonlar, viktorinalar, görüşlər, məktəb ziyarətləri, sərgilər, Avropa Günləri və ya İnstaqramda canlı debatlar, onlayn püşkatmalar, sosial media kampaniyaları, video bloqlar, oxşar tədbirlər kimi vətəndaş cəmiyyəti tədbirləri.

Gənc Avropa Səfiri olsam nə əldə edirəm?

Gənc Avropa Səfiri olaraq həmfikir gənclərlə görüşmək və şəxsi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı əldə edəcəksiniz. Ölkənizdən və digər ölkələrdən olan və sizinlə eyni fikir və maraqları bölüşən gənclərlə tanış olacaqsınız. Ölkə boyunca səyahət edərək başqa insanlarla Avropa İttifaqı, onun ölkənizlə tərəfdaşlığı və təklif etdiyi imkanlar haqqında müzakirələr aparacaqsınız. Bütün bunların köməyilə komanda işi ilə bağlı lərinizi, eləcə də problemlərin həlli, liderlik, kommunikasiya və başqa bacarıqlarınızı təkmilləşdirəcəksiniz. Bunlar sizin gələcək karyeranızda mühüm əhəmiyyət kəsb edən bacarıqlardır!

Öz icmanızda fəal olmaqla dostlarınız, ailəniz və ətrafınıza hansı cəmiyyətdə yaşamaq istədiyinizi göstərmək şansı əldə edəcəksiniz. Ətrafınızdakı insanların hüquq və imkanlarını artıra və onların həyatına təsir göstərə biləcəksiniz!

Nəhayət və ən əsası, Gənc Avropa Səfiri olmaqla özünüzə yeni dostlar tapacaq, bilik və təcrübələrinizi bölüşəcək və ya sadəcə özünüzü və sizi əhatə edən dünyanı kəşf edəcəksiniz!

Gənc Avropa Səfiri kimi çalışsam məvacib ala biləcəyəm?

“Gənc Avropa Səfirləri” təşəbbüsü könüllü fəaliyyətdir və buna görə məvacib ödənilmir.

Gənc Avropa Səfirlərinin təşkil etdiyi tədbirlər “Aİ-NİN ŞƏRQ QONŞULARI” layihəsi tərəfindən maliyyələşdirilir. Buraya interaktiv seminarlar keçmək üçün məktəb və universitetlərə səfərlərin təşkili, ətraf mühit ilə bağlı fəaliyyətlər (ağac əkmək, müəyyən bir sahəni təmizləmək və s.), xaricdə keçirilən beynəlxalq tədbirlərdə iştirak və digər fəaliyyətlər daxildir.

 

Mən Gənc Avropa Səfiri olmaq istəyirəm. Necə müraciət etməliyəm?

Aşağıdakı tələblərə uyğun şəxslər müraciət edə bilərlər:

  • Hər hansı Aİ üzv dövlətinin, Birləşmiş Krallıq və ya altı Şərq Tərəfdaşlığı ölkəsindən birinin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) vətəndaşı olmaq.
  • 16-26 yaş arasında olmaq.
  • İngilis dili biliyi yaxşı səviyyədə olmalı.
  • Aİ-nin fəaliyyəti və yaşadığı ölkənin Aİ ilə tərəfdaşlığı və əməkdaşlığında maraqlı olmaq
  • İctimai diplomatiya və ideyaların təbliği istiqamətində fəaliyyətlərdə maraqlı olmaq, bilik, bacarıq və məlumatları bölüşməyə hazır olmaq.
  • Öz ölkəsinin və cəmiyyətinin inkişafına töhfə verməkdə həvəsli olmaq.
  • Könüllülük fəaliyyətlərində maraqlı olmaq və vətəndaş cəmiyyətinin cəlb olunduğu fəaliyyətlərə kifayət qədər vaxt ayırmağa hazır olmaq.

Seçim meyarları və tez-tez verilən suallar barədə buradan oxuya bilərsiniz. Hər il keçirilən ərizə qəbuluna buradan qoşula bilərsiniz.

Gənc Avropa səfirləri necə seçilir?

Gənc Avropa Səfiri olmaq üçün müəyyən prosedurdan keçmək tələb olunur. İlk növbədə hər il keçirilən ərizə qəbulu vasitəsilə Gənc Avropa səfiri olmaq üçün marağınızı bildirməlisiniz. Ərizə qəbulu dayandırıldıqdan sonra namizədlərin iştirakının tələb olunduğu daha bir neçə mərhələ var. Seçilmiş namizədlər müsahibəyə dəvət olunacaq, daha sonra müsahibədən uğurla keçən namizədlər əlavə məlumat (məsələn, profil şəkli, razılıq forması imzalamaq, veb-sayt profili üçün təsvir hazırlamaq və s.) verməyə dəvət olunacaqlar və son addım kimi, profilləri əlavə təsdiq üçün rəsmi maraqlı tərəflərə göndəriləcək. Ərizə qəbulunun dayandırıldığı gündən sonra yekun nəticələrin elan edilməsi üçün təxminən səkkiz həftə tələb oluna bilər. Proses müəyyən qədər vaxt tələb edə bilər, amma səsləndiyindən daha asandır!

Azərbaycanda neçə Gənc Avropa Səfiri var? Bu vaxta qədər onlar hansı işləri görüblər?

Azərbaycanda 90 Gənc Avropa Səfiri var. Onlarla tanış olmaq üçün buraya klikləyin!

Bu günə qədər Azərbaycanlı Gənc Avropa Səfirləri 50-dən artıq vətəndaş cəmiyyəti fəaliyyətləri təşkil edib və ya həmin fəaliyyətlərdə iştirak ediblər. Məsələn, Azərbaycanlı Gənc Avropa Səfirləri Aİ-nin gənclər üçün maliyyələşdirdiyi imkanlara dair 20-dən çox ictimai məlumat sessiyası keçiriblər və minlərlə azərbaycanlının Erasmus+ və Aİ-nin könüllülük proqramlarından faydalanmasına kömək ediblər. Onlar həmçinin müəllimlər üçün şagirdlərin “Bullying”-dən qorunması mövzusunda seminarlar təşkil edib, inklüziv cəmiyyət haqqında Avropa təcrübələrini bölüşüb və ətraf mühit problemlərinin həll edilmə yollarını təbliğ ediblər.

Digər fəaliyyətlərə aşağıdakılar daxildir:

  • Aİ və onun gənclərə yaratdığı imkanlar haqqında məktəblərə və universitetlərə səfərlər.
  • Ətraf mühit ilə bağlı fəaliyyətlər.
  • Beynəlxalq və ictimai diplomatiya ilə bağlı tədbirlər.
  • Sosial məsələlər.

Onların FƏALİYYƏTİNƏ buradan nəzər sala bilərsiniz.

Mən Gənc Avropa Səfiri ola bilmərəm, amma onların fəaliyyətlərində iştirak etmək istəyirəm. Bu mümkündür?

BƏLİ! Gənc Avropa Səfiri olmasanız belə, YEAs tərəfindən təşkil olunan tədbirlərdə iştirak edə bilərsiniz. Belə tədbirlərə marağınız var? Cavabınız müsbətdirsə, aşağıdakı vasitələr ilə yenilikləri qaçırmayın:

  • EU NEIGHBOURS east rəsmi Facebookİnstagram səhifələrini bəyənin və izləyin – biz ölkənizdəki Gənc Avropa Səfirləri ilə əlaqə yaratmaq üçün yeni yollar haqqında mütəmadi olaraq məlumat paylaşırıq!
Yerləşdir

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,