Avropa İttifaqı Ukraynaya sanksiyalardan başlayaraq hərbi və humanitar yardıma qədər müxtəlif sahələrdə dəstək verir

İyul 1, 2023

  • Aİ Ukraynanı necə dəstəkləyir?
  • Aİ Rusiyaya qarşı "geniş miqyaslı sanksiyalar" tətbiq etməyi vəd edib
  • Lukaşenko rejiminin müharibədə iştirakına görə Belarusla bağlı hansı sanksiyalar qəbul olunub?
  • Aİ Ukraynanı hərbi texnika ilə təmin edəcəyini bildirir: buraya nə daxildir?
  • Aİ Ukrayna əhalisinə humanitar yardımların edilməsi üçün nə qədər maliyyə vəsaiti ayıracaq?
  • Aİ Ukraynalı qaçqınlara necə yardım edir?
  • Aİ Ukraynanın enerji təchizatına dəstək vermək üçün hansı işləri görür?
  • Ukrayna Avropa İttifaqına üzv olmaq üçün rəsmi qaydada müraciət edib: Aİ buna necə reaksiya verib?
  • Aİ Moldova Respublikasına dəstək üçün hansı işləri görür?
Kart %1/%2

Aİ Ukraynanı necə dəstəkləyir?

Avropa İttifaqı (Aİ) liderləri və təsisatları 2022-ci il 24 fevral tarixində başlayan Rusiyanın Ukraynaya qarşı təcavüzünü və beynəlxalq hüququn kobud şəkildə pozulmasını dərhal və kəskin şəkildə pisləyiblər. Aİ Rusiyadan hərbi əməliyyatları dərhal dayandırmağı, qoşunlarını və hərbi texnikasını qeyd-şərtsiz Ukrayna ərazisindən çıxarmağı və Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini tanımağı tələb edir.

Aİ Ukraynaya göstərdiyi dəyişməz dəstəyində həmrəy olaraq qalır və bu ölkəyə siyasi, humanitar, maliyyə və hərbi yardımını artırıb. Rusiyanın Ukraynaya qarşı təcavüzünün ilk günlərindən etibarən Aİ və onun maliyyə institutları Ukraynanın ümumi iqtisadi, sosial və maliyyə dayanıqlığını dəstəkləmək üçün makro-maliyyə yardımı, büdcə dəstəyi, təcili yardım, böhran zamanı tədbirlər və humanitar yardım məqsədilə 43,4 milyard avro səfərbər edib.

Bundan əlavə, hərbi yardım tədbirləri üçün 28 milyard avroya yaxın vəsait ayrılıb və ümumilikdə Ukrayna üçün dəstəyin həcmi 71,4 milyard avroya çatdırılıb. Aİ-yə üzv dövlətlərə müharibədən qaçan ukraynalıların ehtiyaclarını ödəmək üçün ayrılan resurslarla birgə Ukrayna və ukraynalılar üçün ayrılan ümumi dəstəyin həcmi 88 milyard avro təşkil edir.

Eyni zamanda, Aİ Kremlə və Belarusdakı Lukaşenko rejiminə qarşı misli görünməmiş sanksiyalar paketini qəbul edib.

Aİ Rusiyaya qarşı "geniş miqyaslı sanksiyalar" tətbiq etməyi vəd edib

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Avropa İttifaqı tarixində ən geniş miqyaslı sanksiyalar hesab olunur və Rusiyanın iqtisadiyyatına və Kremlə ağır zərbə vuracağı gözlənilir.

NATO, G7, ABŞ, Böyük Britaniya, Kanada, Norveç, Cənubi Koreya, Yaponiya və Avstraliya kimi tərəfdaş və müttəfiqləri ilə sıx koordinasiya nəticəsində bu günə qədər Aİ bir neçə sanksiya paketinin qəbul olunmasına nail olub. Buraya 2022-ci il fevralın 23-də Rusiyanın Ukraynadakı qondarma Luqansk və Donetsk respublikalarını tanımasına cavab olaraq qəbul olunan sanksiya və ardınca qəbul olunan 13 sanksiya paketi daxildir. İlk paket fevralın 24-də Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq qəbul olunub. Daha sonra fevralın 26-da, fevralın 28-də, martın 15-də, aprelin 8-də, mayın 30-da, iyulun 21-də, oktyabrın 6-da,

16 dekabr 2022-ci il, 25 fevral 2023-cü il, 23 iyun, 18 dekabr 2023-cü il23 fevral 2024 tarixində daha bir neçə sanksiya paketi qəbul olunub.

Maliyyə sektoru

Martın 2-dəRusiyanın iri banklarını ölkələrarası bank köçürmələrində ən çox istifadə olunan SWIFT sistemindən çıxarıb. 2022-ci il iyunun 3-də daha üç Rusiya kredit təşkilatı, eləcə də  ölkənin ən böyük bankı olan Sberbank sanksiyaların tətbiq olunduğu maliyyə qurumlarının siyahısına əlavə edilib. Putinin maliyyə mənbələrini iflic etmək üçün Rusiya Regional İnkişaf Bankının əməliyyatlarının tamamilə qadağan olunması daxil olmaqla, 2022-ci il dekabrın 16-da daha üç Rusiya bankına qarşı sanksiyalar tətbiq olunub. Rusiyanın bu şəbəkədən kənarlaşdırılması bu ölkənin iqtisadiyyatına güclü təsir edəcək və bununla da ölkənin qlobal maliyyə bazarlarına çıxış imkanı olmayacaq. Eyni zamanda, Rusiya şirkətləri və fərdi şəxslərinin idxal olunan mallarının ödənişini və ya ixracı üçün ödənişləri alması çətinləşəcəkdir. Bundan əlavə, Aİ Rusiyanın dörd aparıcı bankı ilə əməliyyatlara tam qadağa qoyub və hazırda bazarlarla əlaqəsi tamamilə kəsilmiş bu bankların aktivləri dondurulub. Onlar Rusiyanın bank sektorunda 23% paya malikdir. Yeni sanksiyalar Rusiyanın maliyyə sektorunu daha da zəiflədəcək. 

Aİ həmçinin Rusiyanın ən mühüm maliyyə qurumu olan Rusiya Mərkəzi Bankının əməliyyatlarına qadağa qoyub. Bu, Rusiyanın xaricdəki milyardlarla valyuta ehtiyatlarını iflic edir və həmin vəsaitlərin potensial olaraq “Putinin müharibəsi” üçün sərf olunmasının qarşısını alır.

Aİ-nin sanksiyaları maliyyə sektorundakı mövcud qadağaları daha da genişləndirir və Rusiyanın ən mühüm kapital bazarlarına çıxış imkanını məhdudlaşdırır. Onlar Aİ birjalarında Rusiyaya məxsus dövlət müəssisələrinin səhmləri ilə istənilən əməliyyatları qadağan edir, eləcə də Rusiya vətəndaşlarından və ya rezidentlərindən müəyyən məbləğdən artıq əmanətlərin qəbulunu, eləcə də Aİ-nin qiymətli kağızlar üzrə mərkəzi xəzinələri tərəfindən Rusiyalı müştərilərin hesablarının saxlanması, habelə avro ilə qiymətli kağızların Rusiyalı müştərilərə satışını qadağan etməklə Rusiyadan Aİ-yə maliyyə axınını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Sanksiyalara kripto-aktivlər də daxildir.

Aİ, həmçinin hər hansı Rusiyalı fiziki və ya hüquqi şəxsə hər hansı kredit qiymətləndirmə xidmətlərinin göstərilməsini, o cümlədən kreditin qiymətləndirilməsi fəaliyyəti ilə bağlı hər hansı abunə xidmətlərindən istifadəyə qadağa qoyub və bu da onların Aİ maliyyə bazarlarına çıxış imkanının daha da itirilməsinə səbəb ola bilər. 

2022-ci il iyunun 3-də Aİ, həmçinin Rusiya hökumətinə, Rusiyada yaradılmış hüquqi şəxslərə, təşkilatlara və ya orqanlara mühasibat uçotu, audit, qanuni audit, mühasibat və vergi məsləhətləri, biznes və idarəetmə məsləhətləri, ictimaiyyətlə əlaqələr xidmətləri kimi bəzi biznes xidmətlərinin göstərilməsinə qadağa qoyulmasına qərar verib. 

Bu sanksiyalar müdafiə sektoru daxil olmaqla Rusiyanın bankçılıq bazarının və əsas dövlət şirkətlərinin 70%-nə təsir göstərib. Onlar Rusiyanın kredit xərclərini və bu ölkədə inflyasiyanı artıracaq və tədricən Rusiyanın sənaye sektorunun çökməsinə gətirib çıxaracaq. Rusiyanın elit təbəqəsinə aid sərvətlərin Avropada gizlədilməsinin qarşısını almaq üçün də əlavə tədbirlər görülməkdədir.

 

Hava məkanı və nəqliyyat

Avropa İttifaqı Rusiyaya məxsus, Rusiyada qeydiyyatdan keçmiş və ya Rusiyanın nəzarətində olan təyyarələr, eləcə də özəl təyyarələr üçün Aİ-nin hava məkanını bağlayıb. Onlar daha Aİ ərazisində enə, havaya qalxa və ya hava məkanından istifadə edə bilməyəcəklər. 2022-ci il aprelin 8-dəRusiya bayrağı altında üzən gəmilərin Aİ limanlarına girişinə və Aİ-də fəaliyyət göstərən Rusiya və Belarus yük daşıma şirkətlərinin fəaliyyətinə qadağa qoyub. Lakin, kənd təsərrüfatı və ərzaq məhsulları, humanitar yardım və enerji kimi mühüm məhsulların daşınmasında güzəştlər ediləcək.

Aİ həmçinin aviasiya və kosmik sənaye sektorunda mal və texnologiyaların ixracına, o cümlədən bu mal və texnologiyalarla bağlı sığorta, təkrar sığorta və texniki xidmətlərin göstərilməsinə qadağa qoyub. Bu sanksiyaların səmərəli olacağı gözlənilir, çünki Rusiyanın hazırkı kommersiya tipli təyyarə parkının dörddə üçü Aİ, ABŞ və Kanada istehsalıdır.

 

Energetika

2022-ci il mayın 30-daRusiyadan neftin idxal olunmasına qadağanın tətbiqi ilə bağlı razılığa gəlib. Aİ şirkətləri tərəfindən Rusiya neftinin xüsusilə dəniz vasitəsilə üçüncü ölkələrə daşınması, sığortalanması və maliyyələşdirilməsi qadağan edilib. 

Aİ həmçinin neft emalı sahəsində müəyyən mal və texnologiyaların Rusiyaya satışını, tədarükünü, ötürülməsini və ya ixracını qadağan edib və müvafiq xidmətlərin göstərilməsinə məhdudiyyətlər tətbiq edib.

Belə bir ixrac qadağası qoymaqla Aİ Rusiyanın neft sektoruna zərbə vurmaq və Rusiyanı neft emalı zavodlarını müasirləşdirmək imkanından məhrum etmək niyyətindədir.

Martın 15-də Aİ Rusiyanın energetika sektoruna yeni investisiyaların yatırılmasına əlavə qadağalar tətbiq edərək enerji sənayesi üzrə avadanlıq, texnologiyalar və xidmətlər sahəsində hərtərəfli ixrac qadağası tətbiq edib. 

2022-ci il aprelin 8-də qəbul olunan beşinci sanksiyalar paketinə Rusiya kömürünün idxalına qadağa daxildir. Bu qadağa Rusiyanın kömür ixracına əhəmiyyətli dərəcədə təsir edərək bu ölkənin kömür ixracından əldə olunan gəlirlərinin ildə təxminən 8 milyard avro həcmində azalması ilə nəticələnəcək. 

2022-ci il oktyabrın 6-da qəbul edilən son sanksiya paketi Rusiya neftinin üçüncü ölkələrə dəniz vasitəsilə daşınmasına qiymət həddi və xam neftin və neft məhsullarının üçüncü ölkələrə dəniz vasitəsilə daşınmasına əlavə məhdudiyyətlərin müəyyən edilməsi üçün Aİ qanunvericiliyində baza yaradır.

 

Texnologiya

ikili təyinatlı mal və texnologiyaların ixracına məhdudiyyətlər, o cümlədən Rusiyanın müdafiə və təhlükəsizlik sektorunun texnoloji cəhətdən təkmilləşdirilməsinə töhfə verə biləcək bəzi mal və texnologiyaların ixracına məhdudiyyətlər qoyub. Buraya yarımkeçiricilər və ya qabaqcıl texnologiyalar, reaktiv təyyarələr üçün yanacaq və yanacaq məhsulları kimi Rusiya ordusunun istifadə edə biləcəyi məhsullar daxildir.

 

2022-ci il martın 9-da Aİ dənizçilik sahəsində naviqasiya və radiokommunikasiya üzrə texnologiyaların ixracına əlavə məhdudiyyətlər qoyub, eləcə də Rusiyanın Dəniz Gəmiçiliyi Reyestri təşkilatını maliyyə sahəsində məhdudiyyətlərin tətbiq edildiyi dövlət müəssisələri siyahısına əlavə edib və dənizçilik sahəsində təhlükəsizliyin təmin olunması üzrə avadanlıqların ixracı zamanı əvvəlcədən məlumat mübadiləsi üçün müddəa tətbiq edib.  Aprelin 8-də Aİ Rusiyanın Aİ-nin tədarükündən yüksək asılılığına görə həssas olduğu sahələrdə daha geniş ixrac qadağaları tətbiq edib. Buraya kvant kompüterləri, qabaqcıl yarımkeçiricilər, həssas avadanlıqlar, nəqliyyat və kimyəvi maddələr, eləcə də neft emalı sənayesində xüsusi katalizatorlar daxildir. 

Oktyabrın 6-da məhdudiyyətlərin tətbiq edildiyi məhsulların sayı daha da genişləndirilib və müəyyən elektron komponentlər, əlavə kimyəvi maddələr və ölüm hökmü, işgəncə və ya digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar üçün istifadə oluna bilən mallar daxil edilib. Səkkizinci sanksiyalar paketi həmçinin mülki odlu silahların və onların əsas komponentlərinin və döyüş sursatlarının, hərbi texnika və hərbiləşdirilmiş texnikanın və ehtiyat hissələrinin satışı, tədarükü, ötürülməsi və ya ixracını qadağan edir.

2022-ci il dekabrın 16-da qəbul olunan doqquzuncu sanksiya paketinə dronlar üçün mühərriklər, kamuflyaj vasitələri, əlavə kimyəvi/bioloji avadanlıqlar, iğtişaşlara nəzarət vasitələri və Rusiya hərbi sistemndə istifadə olunan əlavə elektron komponentlər, eləcə də oyuncaq dronlar, kompleks generator cihazları, masaüstü kompüterlər və kompüter komponentləri, platalar, radionaviqasiya sistemləri, radionəzarət avadanlıqları, təyyarə mühərrikləri və mühərrik hissələri, kameralar və linzaların ixracına qadağa daxil edilib. 

11-ci sanksiya paketinə Aİ-yə müəyyən sanksiyaya məruz qalan konkret məhsul və texnologiyaların yurisdiksiyaları daimi və xüsusilə yüksək yayınma riskinin olduğu bəzi üçüncü ölkələrə satışını, tədarükünü, transferini və ya ixracını məhdudlaşdırmağa imkan verən sanksiyalardan yayınmağın qarşısını alan yeni vasitə daxildir. 

23 fevral 2024-cü il tarixində Aİ dron komponentlərinin ixracı ilə bağlı əlavə qadağalar tətbiq edib.

Sənaye

2022-ci il martın 15-də  Aİ dəmir və polad ticarəti ilə bağlı yeni məhdudiyyətlər tətbiq edib. Bunlar Rusiyanın ixrac gəlirlərində təxminən 3,3 milyard avro həcmində itki ilə nəticələnəcək.

Ticarət

Aİ və Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv dövlətlər ilə birgə 2022-ci il martın 15-də Aİ bazarlarında Rusiyaya məxsus məhsul və xidmətlərinin ən çox üstünlük verilən xalq məhsulları sırasından çıxarılmasına qərar verib. Onun ardınca martın 11-də G7 üzvləri tərəfindən elan dərc olunub. Bu Rusiyanın ÜTT üzvlüyünün əhəmiyyətli faydalarından yararlanmasının qarşısını alacaq. Aİ həmçinin sement, kauçuk məmulatları, ağac, spirt (vodka daxil olmaqla), likör və yüksək keyfiyyətli dəniz məhsullarının (kürü daxil olmaqla) ixracına qadağa qoyub. İyulun 21-də isə Rusiyada istehsal olunan qızılın idxalına qadağa qoyuldu. Oktyabrın 6-da ticarət sahəsində tətbiq olunan məhdudiyyətlərə avtomobil və məişət texnikası, plastik məmulatları, nəqliyyat vasitələri, tekstil, ayaqqabı, dəri, keramika, müəyyən kimyəvi maddələr, ağac sellülozu və kağız, siqaret, kosmetika və zərgərlik sənayesində istifadə olunan qiymətli daşlar və ümumiyyətlə Rusiyaya əhəmiyyətli gəlir gətirən metallar daxil edilib. Aİ 23 dekabr 2023-cü il tarixində qəbul etdiyi 12-ci sanksiya paketində Rusiyadan qiymətli daşların idxalına qadağa qoyub.

Media

Aİ Ukrayna və Aİ-dəki auditoriyalara yönəlmiş və Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyən təbliğat kampaniyasında iştirak edən aparıcı Kreml yönümlü dezinformasiya vasitələri kimi tanınan Sputnik and RT/Russia Today, eləcə də Rossiya RTR/RTR Planeta, Rossiya 24/Russia 24, and TV Centre International telekanallarının Aİ ərazisində yayımını dayandırıb. Doqquzuncu sanksiya paketi çərçivəsində NTV, Pervyi Kanal, Rossiya 1 və REN TV sanksiyalara məruz qalan kütləvi informasiya vasitələrinin siyahısına əlavə edilib. Bu tədbirlər Ukraynaya qarşı təcavüz dayandırılana və Rusiya və ona bağlı media vasitələrinin Aİ və ona üzv dövlətlərə qarşı dezinformasiya və informasiya manipulyasiyası kimi fəaliyyətləri dayandırılana qədər qüvvədə qalacaq.

Məhdudlaşdırıcı tədbirlər

Artıq məhdudlaşdırıcı tədbirlər ümumilikdə 2 000-dən artıq fiziki və hüquqi şəxsə şamil edilir. Buraya aktivlərin dondurulması və siyahıya alınmış fiziki və hüquqi şəxslərə vəsaitlərin verilməsinə qadağa daxildir. Bundan əlavə, sadalanan şəxslərə tətbiq edilən səyahət qadağası onların Aİ ərazisinə daxil olmasına və ya tranzit yolla keçməsinə mane olur.

Siyahıya Rusiya prezidenti və xarici işlər naziri, Donetsk və Luqansk qondarma respublikalarının Rusiya tərəfindən tanınmasını dəstəkləyən Milli Təhlükəsizlik Şurasının üzvləri, hökumətin Rusiya Federasiyası ilə iki subyekt arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi ilə bağlı qərarını dəstəkləyən Rusiya Federasiyası Dövlət Dumasının bütün deputatları daxildir. Buraya, həmçinin, neft, bank, metallurgiya, kənd təsərrüfatı, əczaçılıq, telekommunikasiya, rəqəmsal texnologiyalar sənayesi və maliyyə sektorlarında fəaliyyət göstərən oliqarxlar və iş adamları, eləcə də Ukrayna əleyhinə təbliğatın yayılmasına və Ukraynanın işğalına müsbət münasibətin formalaşmasına töhfə vermiş hökumət üzvləri, Ukraynadakı vəhşiliklərdə iştirak edən yüksək rütbəli hərbçilər və təbliğatçılar daxildir. Oktyabrın 6-dan bu siyahıya Rusiyanın işğalı, qeyri-qanuni ilhaqı və  Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş ərazilərində qondarma “referendumlarda” iştirak edən şəxslər də daxil edilib.

 

Aİ Kremlin hərbi-sənaye kompleksi ilə bağlı müxtəlif sektorlarda fəaliyyət göstərən müəyyən dövlət müəssisəsləri ilə bütün əməliyyatlara qadağa tətbiq etmək qərarına gəlib. Oktyabrın 6-da qəbul olunan sanksiya paketi Aİ vətəndaşlarına Rusiya dövlətinin idarəetmə orqanlarında və ya nəzarət edilən hüquqi şəxslərdə, təşkilatlarda və ya orqanlarda hər hansı vəzifə tutmağı qadağan edir. 

Bundan əlavə, diplomatlar, digər Rusiya rəsmiləri və iş adamları artıq Aİ-yə imtiyazlı giriş imkanı verən viza rejiminin sadələşdirilməsinə dair müddəalardan yararlana bilməyəcəklər. Bu qərar adi Rusiya vətəndaşlarına təsir etməyəcək. 

Aİ Rusiyanın imkanlı vətəndaşlarına Aİ vətəndaşı olmağa imkan verən “qızıl pasportların” verilməsini məhdudlaşdırmaq üçün də tədbirlər görüb və birbaşa Rusiyanın elit təbəqəsinə təsir etmək etmək üçün lüks məhsulların (məs, lüks maşınlar, zərgərlik məmulatları və s.) ixracına qadağa tətbiq edib.

Sanksiyalar haqqında son xəbərləri bizim səhifədə #StandWithUkraine və Avropa Komissiyasının Ukraynanın işğalından sonra Rusiyaya qarşı Aİ sanksiyaları ilə bağlı səhifəsində oxuya bilərsiniz. 

Lukaşenko rejiminin müharibədə iştirakına görə Belarusla bağlı hansı sanksiyalar qəbul olunub?

Belarusdakı Lukaşenko rejimi Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü dəstəkləyir. Belə ki, Belarus Rusiyaya Ukraynanı Belarus ərazisindən ballistik raketlərlə vurmağa icazə verir, Rusiya hərbi qulluqçularının və ağır silahların, tankların və hərbi nəqliyyat vasitələrinin daşınmasına şərait yaradır, Rusiya hərbi təyyarələrinin Belarus hava məkanı üzərindən Ukraynaya uçmasına imkan yaradır, yanacaq doldurma məntəqələrini təmin edir və Belarusda Rusiya silah və hərbi texnikasını saxlayır.

Buna cavab olaraq Aİ Belarusda Ukraynaya qarşı təcavüzdə iştirak edən şəxslərə yönəlmiş sanksiyalar qəbul edib və bir çox mühüm sektorlarda bu ölkə ilə ticarəti məhdudlaşdırıb.

Ümumilikdə 42 yüksək rütbəli Belarus hərbi qulluqçusu müharibədəki iştiraklarına görə aktivlərin dondurulması və səyahət qadağaları da daxil olmaqla məhdudlaşdırıcı tədbirlərlə üzləşiblər.

Bundan əlavə, Aİ tütün məmulatları, yanacaq, tikinti materialları, gübrə və s. məmulatların istehsalında istifadə olunan məhsulların alqı-satqısına məhdudiyyətlər tətbiq edib. İkili təyinatlı malların və texnologiyaların, o cümlədən Belarusun hərbi, texnoloji inkişafına, müdafiəsinə və təhlükəsizliyinə töhfə verə biləcək bəzi qabaqcıl məhsul və texnologiyaların ixracına da məhdudiyyətlər qoyulub. Sanksiyalara daxil edilmiş məhsul və texnologiyalarla əlaqədar xidmətlərin göstərilməsi qadağan olunub.

2022-ci il martın 9-da Belarusun üç bankını (Belagroprombank, Dabrabyt Bank və Belarus Respublikasının İnkişaf Bankı) SWIFT şəbəkəsindən kənarlaşdırıb. İyunun 3-də buraya Belarus İnkişaf və Yenidənqurma Bankı da daxil edilib. Onlar həmçinin Belarus Mərkəzi Bankı ilə rezerv və ya aktivlərin idarə edilməsi, Belarusda ticarət və investisiya üçün dövlət maliyyələşdirməsi ilə bağlı əməliyyatları qadağan ediblər.

3 avqust 2023-cü il tarixində Aİ Belarusa qarşı sanksiyaları Rusiyaya qarşı sanksiya rejimi ilə eyniləşdirərək bir sıra əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Buraya aviasiya və kosmik sənayedə istifadə üçün uyğun olan məhsul və texnologiyaların, o cümlədən təyyarə mühərrikləri və dronların ixracına qadağa; odlu silahın, onun hissələrinin və əsas komponentlərinin, döyüş sursatlarının satışına, tədarükünə, ötürülməsinə və ya ixracına qadağa; Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsində istifadə etdiyi məhsulların, o cümlədən yarımkeçirici cihazların, elektron inteqral sxemlərin, istehsal və sınaq avadanlıqlarının, kameraların və optik komponentlərin ixracına əlavə məhdudiyyətlər; və ikili təyinatlı mal və texnologiyalara uzunmüddətli ixrac qadağası daxildir.

Aİ, həmçinin Belarusda insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan, vətəndaş cəmiyyəti və demokratik qüvvələrin repressiyalarına töhfə verən, o cümlədən Lukaşenko rejimindən faydalanan və onu dəstəkləyən daha 38 fiziki və 3 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Ümumilikdə, Aİ-nin Belarusa qarşı məhdudlaşdırıcı tədbirləri artıq 233 fiziki və 37 hüquqi şəxsə şamil edilir.

Aİ Ukraynanı hərbi texnika ilə təmin edəcəyini bildirir: buraya nə daxildir?

Aİ daha bir ilkə imza atmışdır. Aİ-nin Ali Nümayəndəsi Cozep Borrelin sözlərinə görə, mövcud olduğu illər ərzində ilk dəfə olaraq Aİ üçüncü ölkəni hərbi texnika ilə təmin edir.

Aİ ilkin olaraq 2022-ci ilin fevral ayında Avropa Sülh Proqramı vasitəsilə Ukrayna ordusuna silah-sursatların təchizatını maliyyələşdirmək üçün 500 milyon avro səfərbər edib və növbəti maliyyə yardımları ilə birgə yardımın ümumi həcmini 6,1 milyard avroya çatdırıb. 

Razılaşdırılmış tədbirlər çərçivəsində Aİ-yə üzv dövlətlər tərəfindən Ukrayna silahlı qüvvələrinin hərbi texnika və təchizat ilə təminatı, o cümlədən fərdi qoruyucu vasitələr, ilkin tibbi yardım dəstləri və yanacaq, o cümlədən müdafiə məqsədləri üçün silah-sursatın çatdırılması üçün nəzərdə tutulmuş hərbi texnikanın çatdırılması maliyyələşdiriləcək. Bundan əlavə, 2022-ci il oktyabrın 17-də Aİ Ukrayna silahlı qüvvələrinə təlimlərin keçirilməsi, həmçinin ittifaqa üzv dövlətlərin təlimlər ilə bağlı Ukraynaya dəstəyini əlaqələndirilməsi və sinxronlaşdırılması məqsədilə Ukraynaya Dəstək üzrə iki illik Hərbi Yardım Missiyasının (EUMAM Ukrayna) yaradılması barədə razılığa gəlib. 

Ümumilikdə, Avropa Sülh Proqramı və birbaşa üzv dövlətlər tərəfindən təmin edilən Aİ-nin Ukraynaya hərbi dəstəyi təxminən 28 milyard avro təşkil edir. 

Aİ Ukrayna əhalisinə humanitar yardımların edilməsi üçün nə qədər maliyyə vəsaiti ayıracaq?

Ukraynadakı müharibədən zərər çəkmiş mülki vətəndaşlara kömək məqsədilə həyata keçirilən humanitar yardım layihələri üçün ümumilikdə 926 milyon avro artıq maliyyə vəsaiti ayrılıb. Buraya ukraynalı qaçqınlara yardım təmin etmək üçün 860 milyon avro Ukrayna üçün və 66 milyon avro Moldova üçün daxildir. Aİ-nin bu humanitar yardımı qida, su, dərman vasitələri, sığınacaq təmin edəcək və qış sığınacaq proqramı daxil olmaqla onların digər əsas ehtiyaclarını ödəməyə kömək edəcək.

Daha 330 milyon avro isə təhsil, səhiyyə və ərzaq tədarükü kimi əsas mal və xidmətlərə çıxışı təmin edən təcili yardım proqramına ayrılıb. Bu yardım həm əhalinin, həm də məcburi köçkünlərin, eləcə də onları qəbul edən icmaların qorunmasına, kiçik və orta sahibkarlığa və kənd təsərrüfatına kömək edir. Digər mühüm məqsəd kiçik miqyaslı mülki infrastrukturun yenidən qurulması, enerji təhlükəsizliyinin təmin edilməsi, kibertəhlükəsizliyin gücləndirilməsi, media azadlığı və dezinformasiyaya qarşı mübarizədir.

Aprelin 9-da Avropa Komissiyası və Kanada tərəfindən “Ukrayna üçün həmrəy olaq” qlobal ianə toplama kampaniyası zamanı Ukraynalı məcbur köçkün və qaçqınlar üçün 9,1 milyard avro toplanıb. Buraya Avropa Komissiyası tərəfindən ayrılan 1 milyard avro da daxildir. Bununla yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankı ukraynalı məcburi köçkünlərin ehtiyaclarını qarşılamaq üçün əlavə olaraq 1 milyard avro həcmində kredit ayırdığını elan edib.

Komissiya həmçinin Aİ-yə üzv olan 26 dövlətin, eləcə də Norveç, Türkiyə, Şimali Makedoniya, İslandiya və Serbiyanın təklifi ilə Aİ-nin Mülki Müdafiə Proqramı vasitəsilə Ukraynaya maddi yardımın çatdırılmasını əlaqələndirir. Buraya 80 milyon ədəd əsas tibbi ləvazimatlar və mülki müdafiə sahəsində dəstək daxildir. Humanitar dəstəyə ilkin yardım dəstləri, dərman vasitələri, yataq torbaları, generatorlar, təcili yardım maşınları, çadırlar, ədyallar və mobil mətbəx kimi vasitələr daxildir.

Moldova da buraya üz tutan ukraynalılara dəstək məqsədilə sözügedən proqrama qoşulub. Avstriya, Fransa və Niderland artıq Moldovaya sığınacaq və tibbi yardım qismində təcili yardımlarını təklif ediblər. Martın 3-də Aİ Moldovaya yardım məqsədilə dərhal 15 milyon avro və mülki müdafiə sahəsinə yardım üçün əlavə 5 milyon avro ayırdığını elan edib.

Aİ Ukraynanın böhrandan çıxmasına kömək etmək məqsədilə bu ölkəyə irimiqyaslı dəstək verir. Buraya kredit şəklində 25,2 milyard avroya qədər təcili makro-maliyyə yardımı və Ukrayna büdcəsini dəstəkləmək üçün əlavə 620 milyon avro daxildir.  

Ehtiyaclar sürətlə artdıqca, Almaniya, Macarıstan və Niderland Krallığında yerləşən rescEU tibbi ehtiyatlar anbarları vasitəsilə Ukraynaya əlavə yardım göndərilib. Ümumi maliyyə dəyəri 127 milyon avrodan çox olan bu dəstəyə süni tənəffüs aparatları, infuziya nasosları, xəstələr üçün monitorlar, maskalar və xalatlar, ultrasəs cihazları və oksigen konsentratorları daxildir.

Sanksiyalar haqqında son xəbərləri bizim səhifədə #StandWithUkraine və Avropa Komissiyasının EU Solidarity with Ukraine səhifəsində oxuya bilərsiniz.

Aİ Ukraynalı qaçqınlara necə yardım edir?

BMT-nin Qaçqınlarla bağlı Ali Komissarlığı (UNHCR) bildirir ki, müharibə başlayandan bəri altı milyondan artıq Ukraynalı qaçqının Avropanın müxtəlif ölkələrinə keçdiyi qeydə alınıb. 

2022-ci il martın 4-də Avropa İttifaqı Şurası Ukraynadakı müharibə səbəbindən ölkəsindən didərgin düşən insanlara cəld və səmərəli yardımın göstərilməsi məqsədilə Müvəqqəti Mühafizə Direktivini aktivləşdirmək qərarına gəlib.

Bu o deməkdir ki, Ukraynalı qaçqınlara Avropa İttifaqı daxilində müvəqqəti sığınacaq veriləcək. Buraya yaşayış hüququ, əmək bazarına çıxış, mənzil əldə etmə, sosial yardım, tibbi və ya digər yardım və yaşayış vasitələri daxildir. 

Müvəqqəti müdafiə dərhal bir il müddətinə ukraynalı qaçqınlara şamil olunmağa başlayır və Ukraynadakı vəziyyət insanların evlərinə qayıtması üçün kifayət qədər yaxşılaşmasa üç ilə qədər davam edə bilər. 

Ukrayna vətəndaşı olmayanlar və Ukraynada qanuni olaraq yaşayan və öz ölkəsinə və ya doğma ölkəsinə qayıda bilməyən vətəndaşlığı olmayan şəxslər, məsələn, sığınacaq axtaranlar, beynəlxalq səviyyədə qorunan şəxslər və onların ailə üzvləri də Aİ-də sığınacaqla təmin ediləcəklər. Qısa müddətə qanuni olaraq Ukraynada olan və doğma ölkələrinə təhlükəsiz qayıda bilən digər şəxslərə öz ölkələrinə qayıtmazdan əvvəl tranzit üçün Aİ-yə giriş icazəsi veriləcək.

Aİ həmçinin müharibə zonasını tərk edən qaçqınlar üçün sərhəd-keçid məntəqələrində nəzarətin asanlaşdırılması, ölkəyə giriş şərtlərində sadələşmə, müvəqqəti sərhəd-keçid məntəqələrinin açılması, xilasetmə xidmətləri və humanitar yardıma daha asan çıxışşəxsi əşyalar və ev heyvanları gətirən qaçqınlar üçün asan prosedurların həyata keçirilməsinə dair göstəriş verib.

Aİ-nin xüsusi veb-səhifəsi Ukraynalı qaçqınlar üçün Aİ-dəki hüquqları haqqında hərtərəfli məlumat, praktiki məsləhətlər və ayrı-ayrı üzv dövlətlərdə mövcud dəstək ilə bağlı keçidlər təqdim edir. Ukraynadakı müharibə səbəbindən ölkəsini tərk edən insanlar üçün məlumat.

Aİ Ukraynanın enerji təchizatına dəstək vermək üçün hansı işləri görür?

2022-ci il martın 16-da Ukraynanın elektrik şəbəkəsi Moldova şəbəkəsi ilə birlikdə 2017-ci ildə icra olunmağa başlayan sürətləndirmə layihəsi çərçivəsində Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO E) texniki işçiləri tərəfindən kontinental Avropa şəbəkəsi ilə uğurla sinxronlaşdırılıb və Rusiyanın Ukraynaya qarşı təcavüzünün başlandığı gün Ukraynanın elektrik şəbəkəsi Rusiya sistemindən ayırmaqla “bir illik iş iki həftəyə” başa çatdırılıb.

Aİ həmçinin qərbdən şərqə fiziki geri axın vasitəsilə Ukraynaya qaz çatdırır.

Xanım Simson həmçinin ittifaqa üzv dövlətlərə Ukraynanın enerji sektoru ilə bağlı təcili ehtiyaclarını əks etdirən müraciətlərinin siyahısını təqdim edib. Siyahıda dizel, benzin, təyyarə yanacağı və generatorlar yer alıb. Artıq Polşa, Litva və Çexiyadan konkret tədarüklər planlaşdırılır və bir çox digər üzv dövlətlər də bu istiqamətdə kömək edəcəklərini bəyan ediblər. Mayın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ukraynanın elektrik şəbəkəsinin, eləcə də nüvə generatorlarının davamlı fəaliyyətini və sənaye müəssisələrinə və ev təsərrüfatlarına enerji təchizatını təmin etmək üçün ölkənin elektrik enerji paylama şirkəti olan “Ukrenerqo”-ya 50 milyon avro həcmində təcili maliyyə vəsaiti ayırıb. 

Aİ həmçinin müharibə başlayandan etibarən bu ölkəyə göndərilən 3 000 elektrik generatoruna əlavə olaraq 2 400 elektrik generatoru göndərib. Avropa Komissiyasının sorğusu əsasında Enerji İcması tərəfindən təsis edilən Ukraynanın Energetika Sektoruna Dəstək Fondu çərçivəsində adı çəkilən ölkənin energetika sektorunda təxirəsalınmaz ehtiyacları qarşılamaq üçün 157,5 milyon avro maliyyə vəsaiti ayrılıb. Aİ həmçinin Ukrayna üçün 35 milyon LED elektrik lampalarının satın alınması 30 milyon avro səfərbər edib.

Ukrayna Avropa İttifaqına üzv olmaq üçün rəsmi qaydada müraciət edib: Aİ buna necə reaksiya verib?

Avropa Komissiyasının iyunun 17-də təqdim etdiyi tövsiyənin ardınca 2022-ci il iyunun 23-də keçirilən Aİ liderlərinin zirvə görüşündə Ukraynaya namizəd statusunun verilməsi ilə bağlı yekdilliklə qərar qəbul olunub. 14 dekabr 2023-cü il tarixində Aİ liderləri Ukrayna ilə üzvlüyə dair açıq danışıqlara başlamağa dair razılığa gəliblər.

2022-ci il fevralın 28-də Ukrayna Aİ-yə üzv olmaqla bağlı rəsmi olaraq ittifaqa müraciət edib.  

Bir həftə sonra martın 7-də Aİ Avropa İttifaqındakı Daimi Nümayəndələr Komitəsi (COREPER II) ilə birgə hər üç ölkənin müraciətinə baxmağa razılıq verib və Avropa Komissiyasını hər bir ərizə ilə bağlı rəyini təqdim etməyə dəvət etməyə razılaşıb. Texniki addım hesab olunmağına baxmayaraq, bununla Ukrayna, Gürcüstan və Moldovanın üzvlüyə namizəd ölkə kimi qeydiyyata alınması prosesinə başlanılır.

Aprelin 8-də Kiyevə səfəri zamanı Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Ukrayna Prezidenti Vladimir Zelenskiyə Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı sorğu vərəqini təqdim edib. Bu vərəq, Ukraynanın İttifaqa üzv kimi qəbul olunması üçün ilkin mərhələlərdən biridir.

Sorğu vərəqi Avropa Komissiyasının ölkənin üzvlük prosesində irəliləməyə, yəni namizəd ölkə olmağa və üzvlük ilə bağlı danışıqlara başlamağa hazırlığını qiymətləndirdiyi rəsmi vasitədir.

Assosiasiya Sazişimiz sayəsində Ukrayna artıq İttifaq ilə sıx şəkildə uyğunlaşıb. Buna görə də, biz bütün şərtlərin yerinə yetirilməsini təmin etməklə bu prosesi mümkün qədər sürətləndirəcəyik”.

2014-cü ildə Assosiasiya Sazişinin imzalanmasından bəri Ukrayna iqtisadi artımı sürətləndirmək və vətəndaşlarının güzəranını yaxşılaşdırmaq üçün iddialı islahat proqramının icrasına başlayıb. Bu müddət ərzində Aİ və maliyyə institutları islahatları dəstəkləmək üçün 17 milyard avrodan artıq qrant və kredit səfərbər edib.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen 15 Komissar ilə birlikdə 2023-cü il fevralın 2-i və 3-də Kiyevə səfər edərək Avropa Komissarları Kollegiyası ilə Ukrayna hökuməti arasında ilk dəfə keçirilən görüşdə iştirak edib. Tədbirdə Aİ-nin maliyyə, humanitar, energetika kimi müxtəlif sahələrdə, eləcə də büdcə dəstəyi və diplomatik missiya sahəsində Ukraynaya hazırda davam edən dəstəyi geniş müzakirə olunub. Bununla yanaşı, görüşdə Aİ-yə üzvlük istiqamətində Ukraynanın islahat səyləri və sektorlararası əməkdaşlığı gücləndirmək üçün növbəti addımlar haqqında fikir mübadiləsi aparılıb.

2022-ci il martın 3-də Moldova RespublikasıGürcüstan Avropa İttifaqına qoşulmaqla bağlı rəsmi qaydada ərizə ilə müraciət edib. 23 iyun 2022-ci il tarixində Aİ Moldovaya namizəd ölkə statusu verib. 14 dekabr 2023-cü il tarixində isə Gürcüstana namizəd ölkə statusu verərək Moldova ilə üzvlüyə dair açıq danışıqlara başlamağa dair qərar verib.

Ukraynanın Aİ-yə qoşulmaqla bağlı rəsmi müraciəti ilə əlaqədar ən son xəbərləri Aİ-nin genişlənməsi səhifəsində və Avropa Komissiyasının Aİ-nin Ukrayna ilə həmrəyliyi səhifəsində tapa bilərsiniz. 

Aİ Moldova Respublikasına dəstək üçün hansı işləri görür?

Rusiyanın Ukraynaya təcavüzü fonunda Aİ Moldova Respublikasının suverenliyi və

ərazi bütövlüyünə güclü dəstəyini vurğulayıb.

Aİ qaçqın axını ilə üzləşən Moldova ilə həmrəy olduğunu vurğulayıb və Moldova müharibənin ilk həftəsində Ukraynadakı müharibə səbəbindən ölkəsini tərk edən 750 000-dən artıq  qaçqının təhlükəsiz keçidini təmin edib və 2023-cü ilin əvvəlinə olan məlumata görə təxminən 102 000 qaçqın hələ də Moldova ərazisindədir.

Avropa Komissiyası Moldovada qaçqınlara və onları qəbul edən

icmalara dəstək olmaq üçün humanitar əməliyyatlar üçün ümumilikdə 66 milyon avro ayırıb.

Moldovanın  Aİ-nin Mülki Müdafiə Proqramı çərçivəsində yardım üçün müraciətindən sonra Xorvatiya, Danimarka, Yunanıstan, Finlandiya və İsveç təcili yardım maşınları, çadırlar, ədyallar və mobil mətbəxi kimi əşyalar təklif ediblər. Daha əvvəl Niderland Krallığı, Fransa və Avstriya da eyni təkliflə çıxış etmişdi. 2022-ci il martın 10-da qışa hazırlıq üçün əşyalar və sığınacaqlar, qoruyucu vasitələr, nəqliyyat və səhiyyə xidmətlərinə çıxış, həm də pul yardımı ilə öz ölkəsini tərk etməyə məcbur olan ukraynalıları dəstəkləmək üçün Aİ Moldovaya humanitar yardım məqsədilə əlavə olaraq 3 milyon avro ayıracağını elan edib. 

Aprelin 5-də Aİ Moldova Respublikasına Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün çoxsaylı nəticələrinin öhdəsindən gəlməyə kömək etmək üçün əlavə olaraq 53 milyon avro ayırıb. Bu dəstək ən qısa zamanda büdcəyə dəstək proqramı qismində veriləcək. 

Bundan əlavə, Aİ təhlükəsizlik və müdafiə sahələrində dəstək göstərəcəyini elan edib. Aİ Moldovaya kibertəhlükəsizliyini gücləndirməyə kömək edəcək və bu ölkənin ehtiyaclarını qiymətləndirmək və mümkün qədər tez həyata keçirilə biləcək konkret dəstək tədbirlərini müəyyən etmək üçün ekspert missiyasını Kişinyova göndərib. Aİ həmçinin Moldova silahlı qüvvələrini tibbi avadanlıqböhran zamanı dəstək ilə təmin edəcək və zəruri hallarda əlavə yardım və logistika üzrə dəstək imkanlarını müzakirə edəcək. 

Avropa İttifaqı Moldovanın elektrik sistemini Aİ-nin enerji şəbəkəsinə ən qısa zamanda qoşmağa da razılıq verib və 2022-ci ilin noyabrında Moldovanın qaz təchizatı ilə bağlı tələbatını ödəməyə kömək etmək və əhalinin həssas qruplarına dəstək məqsədilə 250 milyon avro dəyərində energetika sektoruna dəstək paketini elan edib. 

Bununla yanaşı, Aİ 600 milyon avro dəyərində iqtisadi bərpa planı, o cümlədən Moldova üçün beş qabaqcıl təşəbbüsdən ibarət iqtisadi bərpa və investisiya planı vasitəsilə 3,4 milyard avroya qədər maliyyə vəsaitinin ayrılması yolu ilə dəstək verməyə davam edir.

Yerləşdir
The recommended iFrame size is 100% width and 750px height

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,